Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon Mədəniyyət evində "Xankəndi" sənədli filmi nümayiş etdirildi.

0


  •              02.11.2015-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində  Xocalı rayon İcra Hakimiyyətinin
    təşkilatçılığı ilə Xənkəndi  şəhəri haqqında tədbir keçirildi. Tədbirdə Xankəndinin
    qədim və indiki tarixini əks etdirən "Xankəndi" sənədli filmi nümayiş
    etdirildi.

                Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəssisə, idarə
    rəhbərləri və 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilmiş Flora
    Qasımova iştirak etdi.

                Xocalı rayon İcra Hakimiyyəti  Başçısının müavini, İctimai-siyasi və
    humanitar məsələlər şöbəsinin müdiri 
    Lamiə Qarayeva  tədbiri açıq elan
    etdi. Tədbirin mahiyyətini açıqladı. O, bildirdi ki, XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı Stepan Şaumyanın adı qoyulan Xankəndinin 1991-ci ildə  adı yenidən bərpa edilmişdir. Xankəndi şəhəri Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir.

                Lamiə xanım çıxışını"Xankəndi"
    sənədli filminin nümayişi ilə sonlandırdı.







                Sənədli filmdə Xankəndi şəhəri haqqında ümumi məlumat və erməni işğalına məruz qalmasının xronoloji ardıcıllığı göstərildi.

                Sonra çıxış üçün söz millət vəkili
    Flora Qasımovaya verildi.  Flora Qasımova
    Xankəndi haqqında məlumat verdi. Nümayiş olunan "Xankəndi" sənədli
    filmi nümayişinə  dəfələrlə baxsa da yenə diqqətlə
    baxıb məlumatını artırmaq istədiyini söylədi.  Biz tariximizə, mədəniyyətimizə aid olan bütün
    informasiyaları artırmalıyıq. Tariximizi, keçmişimizi unutsaq  gələcək nəsilə heç nə ötürə bilmərik.  




                 Millət vəkili Xankəndi şəhərinin icra
    strukturunun yaradılması üçün səylə çalışdığını tədbir iştirakçılarının diqqətinə
    çatdırdı. Xankəndi şəhər  İcra Hakimiyyəti
    yaradılarsa vətəndaşlar şikayət və təkliflərini doğru ünvana çatdıra biləcəklər.
    Onların müraciətlərinə vaxtında baxılacaq. Xankəndi adının batmaması üçün
    informasiya resurslarımızı Xankəndinə aid məlumatlarla zənginləşdirməliyik. Belə olan
    halda düşmənlərimiz  bizim doğma
    torpaqlarımızı heç bir zaman unutmayacağımızı görərlər.  

                Azərbaycan
    Respublikası  Milli Məclisinə V çağırış seçkilərinin qalib deputatı 1337 səs toplayan Flora Qasımova ona səs verən bütün
    seçicilərə öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bizim yeganə dərdimiz  Vətənimizdir - Qarabağdır. Bünün üçün ən sadə vətəndaşdan
    tutmuş, yüksək vəzifəli şəxslərə qədər hər birimiz ümummilli lider Heydər Əliyevin
    layiqli davamçısı  Cənab Prezidentimiz
    İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləməliyik. İnşallah şanlı bayrağımızı Xankəndində və digər işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq. 
                Millət vəkili bundan sonra da vətəndaşların
    problemləri ilə yaxından maraqlanacağını tədbir iştirakçılarının nəzərinə
    çatdırdı.

       Məqalədə yazı işləri davam etməkdədir...                                Qalib Bəyməmmədoğlu







    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib34 dəfə
    Xocalı rayon Mədəniyyət evində "Xankəndi" sənədli filmi nümayiş etdirildi.

    Maraqlı gələ bilər
    45
    44
    49
    96